• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Kiyevdə matəm elan edildi

DÜNYA

09 Iyul 2024 | 10:30

Kiyevdə matəm elan edildi

Bu gün Kiyevdə Rusiya Silahlı Qüvvələrinin (SQ) raket hücumu nəticəsində həlak olanlar üçün matəm elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UNİAN Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bütün bayraqlar yarıya endiriləcək və bütün əyləncə tədbirləri qadağan ediləcək.

Məlumata görə, ölənlərin ümumi sayı 4-ü uşaq olmaqla 27 nəfərə çatıb. Ümumilikdə 117 nəfər yaralanıb.

“3 ərazidə işlər hələ də davam edir. Hadisə yerinə 377 xilasedici və Dövlət Fövqəladə Hallar Xidmətinin 76 texnikası cəlb olunub”, - idarədən bildirilib.

Qeyd edək ki, iyulun 8-də Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhərlərinə - Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorsk ərazilərinə hücum edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026