• Bakı 20° C

    2.67 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Köçəryanın oğlu polisə aparıldı

DÜNYA

25 Aprel 2024 | 15:25

Köçəryanın oğlu polisə aparıldı

Bu gün Ermənistanın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarının 30-a yaxın iştirakçısı saxlanılıb.

Bakıvaxtı.az “Hraparak”a istinadən xəbər verir ki, saxlanılanlar arasında eks-prezident Robert Köçəryanın oğlu Levon Köçəryanın da olduğu bildirilir.

Levon Köçəryanın özü Vedi polis bölməsində olduğunu bildirib.

Qeyd edək ki, Levon Köçəryan parlamentin deputatıdır.

Xatırladaq ki, Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb. Polis aksiyalara müdaxilə edib.


SON XƏBƏRLƏR