• Bakı 22° C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub - Nazir

İQTİSADİYYAT

10 Iyun 2026 | 23:02

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub - Nazir

Xatırlayırsınızsa, xüsusilə “kölgə”də fəaliyyət göstərən vətəndaşlarımızın əmək müqaviləsi olmadan çalışmaları, sosial müdafiə sistemindən kənarda qalmaları məsələlərinə böyük diqqət yetirirdik. Çünki gələcəkdə bu, həm vətəndaşların pensiya yaşına çatdıqda hüquqlarının təmin edilməsi, həm də dövlətin onların sosial müdafiəsini təşkil etməsi baxımından vacib məsələdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AZƏRTAC-a və İTV-yə məxsusi müsahibəsində deyib.

“Burada yəqin ki, ən böyük nəticə verən layihə 2019-cu ildən 2025-ci il də daxil olmaqla yeddi il ərzində tətbiq olunan qeyri-neft-qaz və qeyri-dövlət sektorunda fiziki şəxslərin gəlir vergisindən azad olması mexanizmi idi. Hətta gözləntilərimizi üstələyən nəticələr əldə olundu”, – deyə nazir diqqətə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026