• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kollina Bakıda AFFA-nın baş katibi ilə görüşdü - FOTOLAR

CƏMİYYƏT

05 May 2023 | 14:10

Kollina Bakıda AFFA-nın baş katibi ilə görüşdü - FOTOLAR

Bakıda səfərdə olan FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina AFFA-nın baş katibi Sərxan Hacıyev və Hakimlər Komitəsinin sədri Barış Şimşəklə görüşüb.

Milli assosiasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, görüş Bakı Olimpiya Stadionunda keçirilib.

Söhbət zamanı futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb.

Həmçinin, Kollina ilə Premyer Liqa oyunlarına təyinat alan hakimlərin görüşü də təşkil olunub. FIFA-nın Hakimlər Komitəsinin sədri azərbaycanlı referilərə müvafiq tövsiyələrini verib.

Qeyd edək ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Canni İnfantino arasında keçirilən görüş zamanı Pyerluici Kollinanın Azərbaycan hakimləri ilə görüşü müzakirə olunmuşdu.


Kollina Bakıda AFFA-nın baş katibi ilə görüşdü - FOTOLARKollina Bakıda AFFA-nın baş katibi ilə görüşdü - FOTOLARKollina Bakıda AFFA-nın baş katibi ilə görüşdü - FOTOLARKollina Bakıda AFFA-nın baş katibi ilə görüşdü - FOTOLARKollina Bakıda AFFA-nın baş katibi ilə görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026