• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Konfrans Liqası: “Fenerbahçe”nin rəqibi bəlli olacaq

İDMAN

15 Mart 2024 | 11:37

Konfrans Liqası: “Fenerbahçe”nin rəqibi bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında 1/4 final, yarımfinal mərhələlərinin, eyni zamanda finalın püşkü atılacaq.

Bakıvaxtı.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşəcək. Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fenebahçe” də son rəqiblərini öyrənəcək.

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin iştirakçıları: PAOK, “Olympiacos” (hər ikisi Yunanıstan), “Viktoria Plzen” (Çexiya), “Aston Villa” (İngiltərə), “Club Brügge” (Belçika), “Fenerbahçe” (Türkiyə), “LOSC Lille” (Fransa), “Fiorentina” (İtaliya).

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR