• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kreml pandemiya ilə mübarizədə çətinlik çəkdiyini etiraf edir

CƏMİYYƏT

21 Iyun 2021 | 18:23

Kreml pandemiya ilə mübarizədə çətinlik çəkdiyini etiraf edir

“Artıq yenidən peyvəndlənmə qaçılmazdır”.

Bu etiraf Kremlin sözcüsü Dmitri Peskovun dilindən səslənib.

“Bu yenidən peyvəndlənmə baş tutacaq və zəruridir. İndi özünü, yaxınlarını, ətrafdakı hər kəsi qorumaq istəyənlər buna məcbur qalacaq”,-deyə dövlət rəsmisi söyləyib.

Qeyd etmək lazımdır ki, bundan öncə Dmitri Peskov Ruisyada koronavirusla bağlı vəziyyətin yaxşıdan daha çox, pis olaraq səciyyələndirmişdi. Son sutkalarda Rusiya Federasiyasında 17 378 yoluxma halı qeydə alınıb. Federal səhiyyə naziri Mixail Muraşko xəstələyin ölkənin 65 regionuna sürətlə artdığını təsdiqləyib.

Bu ilin iyun ayının 18-də isə Rusiya baş nazirini müavini Tatyana Qolikova koronavirusa görə peyvənd olunanların yarım il sonra eyni prosedurdan keçməli olduğunu söyləyib./musavat/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026