• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

KTMT Tacikistan və Qırğızıstana çağırış etdi

DÜNYA

19 Sentyabr 2022 | 12:50

KTMT Tacikistan və Qırğızıstana çağırış etdi

KTMT qurumun üzvü olan Tacikistan və Qırğızıstanı dialoqa başlamağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.

KTMT-nin Tacikistan-Qırğızıstan sərhədindəki durumla bağlı yaydığı bəyanatda hər iki ölkənin xalqlarına başsağlığı verilib:

"Bişkek və Düşənbə arasında konstruktiv dialoq təkcə həmin ölkələrin özləri üçün deyil, həm də təşkilat üçün vacibdir. KTMT gərginliyin azaldılmasına töhfə verməyə hazırdır. Biz mübahisəli məsələlərin həlli üçün güc tətbiq etmək cəhdlərini qəbuledilməz hesab edirik. Əminik ki, siyasi və diplomatik yanaşmalara alternativ yoxdur".

Məlumatda həmçinin qeyd olunub ki, KTMT davamlı kompromis əldə etmək üçün hər cür vasitəçilik səylərini artırmağa hazırdır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR