• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Küləkli hava nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA

CƏMİYYƏT

29 Dekabr 2022 | 17:29

Küləkli hava nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 29-u saat 17:00-a olan məlumatına əsasən Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək.

Dekabrın 30-u və bayram günlərində: dekabrın 31-i, 2023-cü il yanvarın 01-04 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR