• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Külli miqdarda narkotiklə tutuldular - FOTO

HADİSƏ

22 Aprel 2022 | 10:05

Külli miqdarda narkotiklə tutuldular - FOTO

Bakı və Abşeron sakinləri külli miqdarda narkotik və psixotrop maddə ilə tutulublar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rafael Allahverdiyev və Abşeron rayon sakini Mərahim İbrahimov Yardımlı rayonunun Arus kəndi kəndi ərazisində saxlanılıblar.

Onlardan ilkin araşdırma zamanı xaricdə yaşayan narkotacir vasitəsilə əldə edildiyi müəyyən edilən 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqram marixuana və 970 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib


Külli miqdarda narkotiklə tutuldular - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026