• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kurikulum ləğv edilib? - Təhsil Nazirliyindən AÇIQLAMA

CƏMİYYƏT

12 Aprel 2022 | 16:09 | Müəllif: Qalib İbrahimoğlu

Kurikulum ləğv edilib? - Təhsil Nazirliyindən AÇIQLAMA

Xəıbər veridiyimiz kimi, bu gün təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ictimaiyyətdə çaşqınlıq yaradan məsələyə aydınlıq gətirib. 

Onun bildirdiyinə görə, 2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanuna əsasən, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” yenilənərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 avqust 2019-cu il tarixli 351 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” təsdiq edilib. 

"Dövlət standartı əsasında “Məktəbəqədər təhsil proqramı (kurikulum)” hazırlanıb və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilib. Bu səbəbdən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilmiş hesab olunur. Bir daha vurğulayırıq ki, bu, 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsi deməkdir", - deyə TN-nin sözçüsü bildirib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026