Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 18 gündür davam edir.
Bakıvaxtı.az-ın aksiya içtirakçılarına istinadən məlumatına görə, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarının fəallığı müşahidə olunur.
Gecə saatlarında davam edən aksiyada Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırılıb, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Azərbaycan milləti qoruyacaq sərvəti” “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirilib.
Hər gün olduğu kimi, səhər saatlarında aksiya iştirakİştirakçıları Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində aksiya keçirirlər.
Nuranə Daxilqızı
















