"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard "Everton"u çalışdırmağa yaxındır.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər tam razılığa gəliblər. Lempard və "Everton"un müqavilənin son detallarını dəqiqləşdirdikləri vurğulanıb.
Qeyd edək ki, Lempard ötən ilin yanvarında "Çelsi"nin baş məşqçisi vəzifəsindən istefaya göndərilib. O, vaxtdan indiyə kimi işsizdir.
















