• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lənkəran İcra Hakimiyyətində yeni TƏYİNATLAR

CƏMİYYƏT

08 Aprel 2024 | 14:51

Lənkəran İcra Hakimiyyətində yeni TƏYİNATLAR

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinatlar olub.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamı ilə aprelin 8-də icra başçısının birinci müavini və başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə yeni təyinatlar olub. Sərəncama əsasən, Cəfərzadə Mikayıl Babək oğlu icra başçısının birinci müavini, Dadaşov Aqil İlqar oğlu isə başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrinə təyinat alıblar. Onlar kollektivə təqdim ediliblər.

Qeyd edək ki, bu vəzifəyə qədər M.Cəfərzadə başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, A.Dadaşov isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifələrində çalışıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026