• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lənkəranda 60 yaşlı kişini qatar vurub

HADİSƏ

01 Noyabr 2021 | 19:44 | Müəllif: Subhan Mahmudov

Lənkəranda 60 yaşlı kişini qatar vurub

Lənkəranda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran Dəmiryol Stansiyasından bir qədər uzaqlıqda yerləşən ərazidə qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, 1961-ci il təvəllüdlü Bəfadar Hüseyn oğlu Həsənov Bakı istiqamətində hərəkətdə olan Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarının qoşulu olduğu elektrovozun altında qalıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.(apa.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026