• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Lerikdə qarın hündürlüyü 62 sm-ə çatıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

09 Fevral 2025 | 10:23

Lerikdə qarın hündürlüyü 62 sm-ə çatıb - FAKTİKİ HAVA

Fevralın 9-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakı və Abşeron yarımadasının bəzi yerlərində, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Yağan qarın hündürlüyü Lerikdə 62 sm, Qrızda 19 sm, Yardımlı 17 sm, Kəlbəcərdə 10 sm, Şuşada 8 sm, Laçın, Xaltanda 7 sm, Zaqatala (Əlibəy) 6 sm, Xınalıqda 4 sm, Tovuz, Daşkəsən, Gədəbəydə 2 sm, Göygöl, Ceyrançöl, Şəki, eyni zamanda Bakı və Abşeron yarımadasının bəzi ərazilərində 1 sm qeydə alınıb. Ölkə ərazisinin bəzi yerlərində müşahidə olunan güclü külək səhər saatlarından 10-15 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir. Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qəbələ, Zaqatala, Şamaxı, Ağstafa, Lerik, Göygöldə duman müşahidə olunub.

Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 14-19 dərəcə şaxta qeydə alınıb.


SON XƏBƏRLƏR

11 Mart 2025