• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Liftdə qalan 4 nəfər xilas edildi - VİDEO

HADİSƏ

13 Avqust 2024 | 13:45

Liftdə qalan 4 nəfər xilas edildi - VİDEO

Bakının Binəqədi rayonu, Cavadxan küçəsində və Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Məlumatlarla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR