• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Litvada keçirilən parlament seçkilərinin qalibi açıqlandı

DÜNYA

14 Oktyabr 2024 | 12:43 | Müəllif: Gülşən Şərif

Litvada keçirilən parlament seçkilərinin qalibi açıqlandı

Litva Sosial Demokrat Partiyası (LSDP) 19,36 səslə birinci turda qalib gəlib. 

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, ötən gün Litvada keçirilən parlament seçkilərinin birinci turunda ana müxalifət olan Litva Sosial Demokrat Partiyası (LSDP) qalib gəlib.

Qeyri-rəsmi nəticələrə görə, LSDP 19,36 faiz, hakim Vətən Birliyi-Xristian Demokratlar Partiyası (TS-LKD) isə 17,96 faiz səs toplayıb. Nemunas şəfəqi partiyası 15,99 faizlə üçüncü yeri tutub. 

141 yerlik parlamentə daxil olmaq üçün 1700-dən çox namizədin mübarizə apardığı seçkilərin birinci turunda iştirakın 52,6 faiz olduğu açıqlanıb. Ümumilikdə cəmi 6 partiyanın parlamentə girməsi təmin olunub.

LDSP lideri Vilija Blinkeviciute bildirib ki, onlar Litva üçün Demokratlar İttifaqı və Litva Fermerlər və Yaşıllar Birliyi ilə koalisiya hökuməti quracaqlar.

Oktyabrın 27-də 2,4 milyon seçicinin olduğu ölkədə solçu partiyalardan ibarət koalisiya hökumətinin qurulması gözlənilən seçkilərin ikinci turu keçiriləcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026