• Bakı 30° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Litvadakı təlimdə Belçika əsgəri yaralandı 

DÜNYA

29 Noyabr 2025 | 20:18

Litvadakı təlimdə Belçika əsgəri yaralandı

Cümə günü Pabrade poliqonunda aparılan minaatanlardan canlı atəş təlimləri zamanı bir Belçika əsgəri ağır yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Delfi" Litva ordusunun bəyanatına istinadən məlumat yayıb.

Əsgərə yerində ilkin tibbi yardım göstərildikdən sonra dərhal Vilnüsdəki tibb müəssisəsinə aparılıb.

Litva ordusunun məlumatına görə, onun vəziyyəti ağırdır, çoxsaylı xəsarətlər alıb və həkimlər onun həyatını xilas etmək üçün mübarizə aparırlar. Belçika hərbçiləri bu barədə qurbanın yaxınlarına məlumat veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Avqust 2026