• Bakı 24° C

    5.8 m/s

London derbisini “Arsenal” qazandı

İDMAN

14 Mart 2021 | 23:52

London derbisini “Arsenal” qazandı

İngiltərə Premyer Liqasının XXVIII turu London derbisi ilə əlamətdar olub.

Bakıvaxtı.az xəbər verir ki, “Arsenal” öz meydanında “Tottenhem”lə qarşılaşıb.

Oyunda hesabı qonaqlar açıb. Erik Lamela 33-cü dəqiqədə fərqlənib.

11 dəqiqə sonra Odeqaard oyunda tarazlığı bərpa edib və ilk hissə bu hesabla yekunlaşıb.

Fransalı Lakazet 64-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının əzmkar qələbəsini rəsmiləşdirib.

“Tottenhem”in heyətində isə Erik Lamela 69 və 76-cı dəqiqələrdə ardıcıl iki sarı vərəqə alaraq meydan qovulub və bir anda komandasının anti-qəhrəmanına çevrilib.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026