• Bakı 9° C

    11.96 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib

CƏMİYYƏT

05 Noyabr 2023 | 21:39 | Müəllif: Subhan Mahmudov

“Lufthansa”nın təyyarəsi Bakıya təcili eniş edib

“Lufthansa” aviaşirkətinə məxsus Münhen-Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

Airbus A350 hava gəmisi yerli vaxtla saat 19:29-da Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 21:02-də Bakıdan Tokioya yola düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026