• Bakı C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Lukaşenko 23 nəfəri əfv etdi

DÜNYA

18 Yanvar 2025 | 11:42

Lukaşenko 23 nəfəri əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinən 23 nəfəri əfv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hamısı əfv üçün ərizə yazıb, günahlarını etiraf edib və peşman olublar.

Bildirilib ki,əfv olunanlardan 3-ü qadın, 20-si kişidir. Onların arasında 13 nəfərin yaşı 50-dən yuxarıdır, 14 nəfərin isə xroniki xəstəliyi var.

Mətbuat xidməti qərarın humanizm prinsipləri əsasında qəbul edildiyini izah edib. Əfv olunanların davranışlarına Belarus Daxili İşlər Nazirliyi nəzarət edəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

17 Yanvar 2025