• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Lukaşenko Abxaziyaya getdi

DÜNYA

28 Sentyabr 2022 | 16:49

Lukaşenko Abxaziyaya getdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Abxaziyaya rəsmi səfər edib.

Bakıvaxtı.az  xəbər verir ki, Lukaşenko Pisunda şəhərində Abxaziya “prezidenti” Aslan Bjaniya ilə görüşüb.


Apsnypressin xəbərinə görə, Lukaşenko Abxaziyaya səfərinin heç bir xüsusi vəziyyətlə bağlı olmadığını bildirib.

“Dünən biz böyük qardaşımız Vladimir Vladimiroviç Putinlə Abxaziya problemlərini müzakirə etdik. Gecəyə qədər bu məsələləri çox müzakirə etdik və eyni nəticəyə gəldik ki, Abxaziyanı tək buraxmaq olmaz. Onun köməyə ehtiyacı var ki, bu çiçəklənən torpaq, burada yaşayan insanlar normal yaşasınlar”, - deyə Lukaşenko vurğulayıb.

Qeyd edək ki, bu ilin fevral ayında Lukaşenko “lazım gələrsə” Abxaziyanı müstəqil dövlət kimi tanıyacağını demişdi. İyun ayında Belarus prezidentinin xüsusi nümayəndəsi Viktor Şeyman Abxaziyada səfərdə olanda Bjaniya ilə görüşmüşdü.

Xatırladaq ki, bu, Belarus liderinin qondarma Abxaziya respublikasına ilk belə səfəridir. /APA

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026