Ötən bazar günü Fransanın Luvr muzeyindən oğurluq edənlərin kimliyi müəyyən edilib.
Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, quldurluqda iştirak edən dörd cinayətkardan ikisi həbs olunub. Biri « Roissy» də 100-dən çox müstəntiqi səfərbər edən istintaqlara cavabdeh olan Banditizm Repressiya Briqadası (BRB) tərəfindən Əlcəzairə uçmağa hazırlaşarkən, digəri isə Paris ədliyyə polisi tərəfindən « Seine-Saint-Denidə » həbs ediliblər. Hər iki şəxs mütəşəkkil quldurluq və cinayətkar sui-qəsddə ittiham olunaraq nəzarətə götürülüb.
Onlar « Seine-Saint-Denisdən»dirlər, təxminən 30 yaşları var. Bu bölgədə ən ağır oğurluqlara görə tanınırlar.
Aydın Baxış
Bakı 


