• Bakı C

    5.62 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Maduro ABŞ-ni sülhə çağırmaq üçün mitinqdə rəqs etdi

DÜNYA

02 Dekabr 2025 | 09:35

Maduro ABŞ-ni sülhə çağırmaq üçün mitinqdə rəqs etdi

Venesuela prezidenti Nikolas Maduro Karakasda keçirilən mitinqdə çıxışı zamanı öz sözlərinin remiks versiyasına rəqs edərək ABŞ-ni sülhə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, Venesuela xalqının 94 faizinin imperialist hərbi təhdidi rədd etdiyini vurğulayıb və ölkənin müdafiəsinə hazır olduqlarını bildirib.

Eyni zamanda Maduro keçmiş prezident Uqo Çavesə sədaqət andı içərək milli birlik və sülh mesajı verib.

Mitinqdə iştirak edən tərəfdarlar ABŞ-nin Karib dənizindəki hərbi fəaliyyətini pisləyən şüarlar səsləndirib və yürüş keçiriblər.

Əli Hüseynov


SON XƏBƏRLƏR