• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mahir Emreli "Konyaspor"da rəsmi debüt edib

İDMAN

05 Mart 2023 | 20:26 | Müəllif: Subhan Mahmudov

Mahir Emreli "Konyaspor"da rəsmi debüt edib

Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyə "Konyaspor"unda rəsmi debüt edib.

Bakıvaxtı.az bildirir ki, 26 yaşlı hücumçu evdə "Giresunspor"a qarşı keçirdikləri Superliqanın XXIV tur oyununa start heyətində çıxıb.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur və "Konyaspor"a cari mövsümün sonunadək icarəyə verilib. Türkiyə təmsilçisi yayda təcrübəli forvardı birdəfəlik transfer etmək hüququna malikdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026