Fransa Prezidenti Emmanuel Makron yeni hökumətə hələ keçid etməyəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa mətbuatında Makronun məktub dərc edib.
"Ölkədə ilk növbədə demokratik ifadəyə ehtiyac var. Digər tərəfdən ifrat sağçılar təqribən 11 milyon səslə liderliyi ələ keçirsə də, onların hakimiyyətinə xalq qarşı çıxdı",- Fransa Prezidenti yazıb.
Makron məktubunda siyasi partiyaları sabit və plüralist çoxluq yaratmağa çağırıb:
"Bu prinsiplərə uyğun olaraq baş nazirin təyinatı ilə bağlı qərar verəcəm. Siyasi birləşmələrin sülh və hörmətlə bu kompromis əldə etmələri üçün bir müddət vaxt vermək lazımdır. O vaxta qədər indiki hökumət öz vəzifələrini davam etdirəcək və öz səlahiyyətlərini icra edəcək",- məktubda qeyd edilib.
Əli Hüseynov
















