Moldovada etiraz aksiyaları keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublika parlamentinin deputatı Aleksandr Nesterovski özünün “ Telegram” kanalında bildirib.
Məlumata görə, ABŞ-nin dövlət katibi Antoni Blinkenin gəlişi günü müxalif "İntibah" partiyasının fəalları ABŞ-nin Kişinyovdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib və siyasətçini Moldovanı tərk etməyə çağırıblar.
Mayın 29-da Moldova tərkibindəki Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Antoni Blinkenə göndərdiyi açıq məktubda ondan Kişinyovun Qaqauziyaya qarşı qeyri-dost siyasətini respublika prezidenti Maya Sandu ilə müzakirə etməyi xahiş edib.
Qeyd edək ki, Moldova hakimiyyəti ABŞ dövlət katibinin ölkəyə səfəri ilə əlaqədar mayın 29-da hava məkanından istifadəni məhdudlaşdırıb.
Mina Mikayılova
















