• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

MAQATE-dən Zaporojjya AES açıqlaması

DÜNYA

05 Iyul 2023 | 17:14 | Müəllif: Qalib İbrahimoğlu

MAQATE-dən Zaporojjya AES açıqlaması

BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE)  Zaporojjya AES ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az bu barədə UNİAN-a istinadla xəbər verir.

Məlumata görə, MAQATE-nin ekspertləri Rusiyanın nüvə təhlükələri və Zaporojjya AES-dəki kritik vəziyyət fonunda stansiyanın minalanmasına dair sübuta malik olmadıqlarını bildiriblər.

South China Morning Post qəzetinin yazdığına görə, MAQATE-nin ekspertləri  “stansiyada reaktorun təhlükəsizliyinə xələl gətirə biləcək piyada əleyhinə minalara dair heç bir dəlil görmədiklərini” qeyd ediblər.

MAQATE-nin sözçüsü bildirib ki, qurumun ərazidəki müşahidəçiləri “vəziyyəti izləməyə” davam edirlər.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR