• Bakı 20° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Marselodan “Qarabağ”la oyun haqda məyus paylaşım

İDMAN

07 Oktyabr 2022 | 21:23 | Müəllif: Subhan Mahmudov

Marselodan “Qarabağ”la oyun haqda məyus paylaşım

"Olimpiakos"un futbolçusu Marselo Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları matçdan sonra sosial şəbəkə hesablarında paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Yunanıstan klubunda rəsmi debüt etdiyi "Qarabağ"la görüş barədə yazıb: "Demək olar ki, 5 ay oynamadan sonra geri qayıtmaq asan deyil... Amma mən qayıdacağam. Lakin bəhanə yoxdur! Bu, mənim gözlədiyim debütüm deyildi. Əminəm ki, bundan sonra yaxşı olacaq".

Qeyd edək ki, Marselo "Qarabağ"la görüşün 60-cı dəqiqəsində Andreas Boxalikisin əvəzinə meydana daxil olub.


Marselodan “Qarabağ”la oyun haqda məyus paylaşım
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026