• Bakı C

    15.18 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Maşını sürətlə sürdüyü üçün döyülən sürücü 3 nəfəri vurdu

HADİSƏ

19 Mart 2025 | 10:22

Maşını sürətlə sürdüyü üçün döyülən sürücü 3 nəfəri vurdu

Gəncədə 3 nəfər maşını sürətlə sürən sürücünü döyüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki sürücü küçədən sürətlə keçdiyi üçün 3 nəfər onu döyüb. Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.

Daha sonra sürücü və zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Onlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Xəsarət alanlar 1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayevdir.

Hazırda faktla bağlı araşdırmalara aparılır.


SON XƏBƏRLƏR