• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Maska tələbi ləğv edilir, bəs cərimələr necə olacaq? - AÇIQLAMA

CƏMİYYƏT

23 Aprel 2022 | 10:11 | Müəllif: Subhan Mahmudov

Maska tələbi ləğv edilir, bəs cərimələr necə olacaq? - AÇIQLAMA

"Xüsusi karantin rejimində tətbiq edilən maska tələbi ilə bağlı qərarı pozan vətəndaşlar cəriməsini ödəməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Nazirlər Kabinetinin maska tələbinin ləvğ edilməsi ilə bağlı qərardan danışarkən deyib.

Vəkil bildirib ki, ayın 1-nə kimi kimlərsə maska taxmasa, onlar da cərimələnəcək:
"Xüsusi karantin rejiminin öz qaydaları və dövrü var. Nazirlər Kabineti hesab edir ki, ölkədə mayın 1-nə kimi təhlükə var və vətəndaşlar qapalı məkanlarda maskadan istifadə etməlidir. Kimsə maska tələbi olan dövrdə qaydanı pozubsa onu ödəməlidir. Əhalini məlumatlandırmaq lazımdır ki, onlar mayın 1-nə kimi maska taxsınlar".

Qeyd edək ki, Nazirlər Kabinetinin Qərarına əsasən xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb. 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026