Qarın gurultusu tez-tez rastlaşdığımız və hətta kənardan eşidilə bilən narahatedici bir vəziyyətdir. Əksər insanları mədə gurultusunun səbəbi maraqlandırır. Bəs, bu problemin qarşısını necə ala bilərik?
Bakıvaxtı.az xəbər verir ki, mütəxəssislər bu sahədə xeyli araşdırmalar aparıblar. Belə nəticəyə gəlinib ki, yoğun bağırsaqda qazın yığılması ilə qarında gurultu meydana gəlir. Qazın yığılmasının da ən mühüm səbəbi sürətli yeməkdir.
Ümumiyyətlə, dünyada mədə gurultusu yaşamayan insan yoxdur. Yaşından asılı olmayaraq hər kəs vaxtaşırı və ya bir anlıq qarın gurultusu ilə qarşılaşır. İnsanlar arasında mədə guruldamasının əsas səbəbinin aclıq olduğu düşünülür. Ancaq aclıqdan başqa, sürətli yemək, yemək zamanı danışmaq, yemək zamanı hava udmaq, mədədə narahatlıq hissi, qaz tərkibli içkilərin həddindən artıq istehlakı, stress, əsəb, yuxusuzluq kimi səbəblərdən də mədə gurultusu meydana gələ bilər.
Xüsusilə, axşam saatlarında yatmağa yaxın olan bir çox insan yenidən ac olduqları və mədələrini həzm etdikləri üçün mədə gurultusu yaşaya bilər. Gec yemək sağlam olmadığı üçün bir stəkan su və ya bir neçə qaşıq qatıqla mədənizin səsini dayandıra bilərsiniz.
Qazlı içkilərin, spirtin və siqaretin istehlakını dayandırmaqla qarın boşluğunda gurultu sona çatır.
Yemək yeyərkən bərk qidaları tamamilə çeynədiyinizdən əmin olun.
Yeməkdən sonra mədənizi həzm prosesinə dəstək olun, yürüşə çıxın.
Yeməkdən sonra mədəni rahatlaşdıran şüyüd kimi həzm çayları sayəsində mədə gurultusundan xilas ola bilərsiniz
Yemək zamanı dərindən nəfəs aldığınız üçün mədəyə çox hava gedir və bu da guruldamaya səbəb olur.
Çoxsaylı araşdırmalara görə, mədə gurultusu həzm problemlərindən və mədə xəstəliklərindən qaynaqlanırsa, həzmi və mədəni rahatlaşdıran çaylar kömək edə bilər. Digər tərəfdən limonlu ilıq su içmək də mədə gurultusunu kəsir. Mədə aclıqdan guruldayırsa, daha az və tez-tez yeməyə üstünlük verə bilərsiniz.
Mütəxəssislərin fikrincə, qarın üzərinə basmaq mədənin gurultusunu dayandırmağın ən praktik yoludur. Bu şəkildə yığılan hava çıxacaq və səs-küy dayanacaq. Digər tərəfdən, nəfəsi bir neçə saniyə tutmaq səs-küyü dayandıra biləcək başqa bir üsul ola bilər.
Mədə gurultusunun ishala səbəb olub-olmadığını düşünənlər üçün, bu vəziyyətin adətən hamiləliyə işarə etdiyini söyləyə bilərik.
Qeyd edək ki, qarın gurultusu ilə yanaşı qarında və ya mədədə ağrılar varsa, həkimə müraciət etmək lazımdır.
Xəyalə Rza
















