• Bakı 14° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir

MƏDƏNİYYƏT

02 May 2025 | 11:48

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edir

Mədəniyyət Nazirliyi “Vaqifə məktub” esse müsabiqəsini elan edib.

Bakıvaxtı.az xəbər verir ki,  “Vaqif Poeziya Günləri” çərçivəsində keçirilən müsabiqənin təşkilində əsas məqsəd yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni əsərlərin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
• Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
• Əsərlər Azərbaycan dillində yazılmalıdır.
• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon
nömrəsi və e-mail) qeyd etməlidir.
• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Müsabiqənin mövzusu:

Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyəti

Essenin həcmi:

Mətnin həcmi 1000 sözdən çox olmamalıdır.

Qaliblərin seçilməsi və mükafatlandırılması:

Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcək. “Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Müsabiqənin mükafat fondu:

Birinci yer – 2500 manat
İkinci yer – 1500 manat
Üçüncü yer – 1000 manat

Müsabiqənin müddəti:

Müsabiqəyə esselərin qəbulu 31 may 2025-ci il tarixində sona çatacaq. İştirakçılar tərəfindən əsərlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 012 147

Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla nəşrə hazırlanması və çapını həyata keçirə bilər.


SON XƏBƏRLƏR