"Rusiyaya zərər vuran hər kəs ağrılı şəkildə cəzasını alacaq".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" hesabında yazıb.
O, hazırda Rusiyaya qarşı sanksiyaların sayının on minlərlə olduğunu və ölkəsinin bu şəraitdə inkişaf etməyi öyrəndiyini bildirib.
"Biz hər gün çalışmalıyıq ki, ölkəmizə və bütün vətəndaşlarımıza bu məhdudiyyətləri tətbiq edən ölkələrə maksimum zərər vuraq. Xüsusilə də Qərb dövlətlərinin iqtisadiyyatına və rifahına zərər vurmaq üçün Moskva bu ölkələrin iqtisadiyyatlarında kritik zəifliklər axtarmağa davam etməlidir". - deyə Medvedev çağırış edib.
Gülşən Şərif















