• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məişət zorakılığı nəticəsində ölən qadınların SAYI ARTIB

CƏMİYYƏT

27 Dekabr 2021 | 12:28 | Müəllif: Qalib İbrahimoğlu

Məişət zorakılığı nəticəsində ölən qadınların SAYI ARTIB

"Bu il məişət zorakılığı nəticəsində ölən qadınların sayı 31% artıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, il ərzində məişət zorakılığı zəminində 41 qadın həyatını itirib: "Qadın zorakılığının qarşısının alınması üçün dəfələrlə məsələ qaldırılıb, həll yolları irəli qoyulub".

H.Hüseynova "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın iki ildən bir təqdim olunmasını təklif edib.

Nuranə Daxilqız


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026