• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Məktəbi bitirən şagirdlərin sayı açıqlandı

CƏMİYYƏT

10 Iyun 2021 | 20:13

Məktəbi bitirən şagirdlərin sayı açıqlandı

“Builki tədris ilində pandemiyaya görə xeyli sayda fasilələrə getməli olduq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bu da təhsilə müsbət təsir etmədi:

“Təhsil kifayət qədər çətin vəziyyətlə üz-üzə qaldı. Bu prosesdə səbrlə işləyən müəllimlərimizə, öz övladlarına dəstək olan valideynlərə və məktəb rəhbərliklərinə öz təşəkkürümü bildirirəm”.

Nazir bu il ümumtəhsil məktəblərini bitirən şagirdlərin sayından da danışıb:

“11-ci sinfi 84 069 nəfər bitirəcək. 9-cu sinfi – icbari təhsili isə 131 227 nəfər bitirir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026