• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Məktəblərdə tədris hibrid formada olacaq? - Lazım gələrsə…

CƏMİYYƏT

19 Avqust 2022 | 09:46 | Müəllif: Qalib İbrahimoğlu

Məktəblərdə tədris hibrid formada olacaq? - Lazım gələrsə…

Son günlər Azərbaycanda da koronavirusa yoluxma halları artır. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ölkədə sutkalıq yoluxma sayının 700-ü ötən günlər də olub.

Yoluxanların sayının artması cəmiyyətdə məktəblərdə tədrisin hibrid olacağı barədə rəy formalaşdırır.

İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, yoluxma sayındakı indiki rəqəmlər Azərbaycan üçün o qədər də çox sayılmır: “Qeyd edim ki, bu xəstəlik uşaqlar arasında, əksər hallarda, yüngül gedişli olur, adi qrip kimi keçir. Buna görə, indiki halda yoluxmaya görə məktəblərin onlayn tədrisə keçməsi tələsik qərar olar. Məktəblər açılanda statistikaya baxmaq lazımdır”.

İnfeksionist qeyd edib ki, əgər məktəblər açıldıqdan sonra yoluxma sayı çox olar, şagirdlər arasında yayılarsa, həmin məktəbləri onlayn dərs rejiminə keçirmək olar: “Amma bütün respublika boyu məktəblərin onlayn dərs rejiminə keçməsinə hələ ki ehtiyac yoxdur. Çünki xəstəliyə yoluxma daha çox Bakıdadır, rayonlarda bu hallara ap rast gəlinir. Ona görə də bütün Azərbaycanda məktəbləri onlayn sistemə keçirmək düzgün deyil. Lazım gələrsə, pillə-pillə etmək olar”.

Məsələylə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərilib.

Aytac Aslan

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026