• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Xarici jurnalistlər Şuşa ilə tanış oldular

CƏMİYYƏT

17 Sentyabr 2022 | 17:44

Xarici jurnalistlər Şuşa ilə tanış oldular

Bir qrup xarici jurnalist Şuşa şəhəri ilə tanış olub.

Bakıvaxtı.az xəbər verir ki, xarici media nümayəndələri Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Sonra Aşağı Gövhərağa məscidində, karvansarada olan jurnalistlərə orada aparılan bərpa işləri barədə məlumat verilib.

Sonda isə xarici jurnalistlər Şuşa qala divarını ziyarət ediblər.

Qeyd olunub ki, Pənahəli xanın müdafiə məqsədilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz yerdə inşa olunub. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunurdu, bu da onun müdafiəsini gücləndirirdi. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR