• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Meriyada YENİ TƏYİNAT: Eldar Əzizov ƏMR İMZALADI

CƏMİYYƏT

17 May 2022 | 12:06 | Müəllif: Qalib İbrahimoğlu

Meriyada YENİ TƏYİNAT: Eldar Əzizov ƏMR İMZALADI

Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə yeni müdir təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Anar Tağıyev Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib (apa).

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov Prezident İlham Əliyevin 18 fevral 2022-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026