“Mən 45 kiloqram çəki atanda düşünürdüm ki, çox arıq olacam. Hətta fikirləşirdim ki, görəsən, adam içinə çıxa biləcəm, yoxsa yox”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Rəngarəng səhər” verilişinə açıqlamasında deyib.
Sənətçi yenidən əməliyyatlara gedəcəyini bildirib:
“Üzgərmə əməliyyatı etdirəcəm. Sonra bədənşəkilləndirmə edəcəm. Ona da həvəslənmişəm. Klip-filan da çəkdirəcəm. Məhərrəmlik ayını gözləyirəm, artıq həkimləri seçirəm”.
Ziyafət Əlisoy
















