Avropa Komissiyası (AK) ABŞ-nin "Meta" korporasiyasından Avropanın və digər rəqib şirkətlərin çat-botlarının "WhatsApp" messencerinə çıxışını təmin etməyi tələb edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə AK-nin bəyanatında deyilir.
"AK "Meta"' şirkətinə rəqib süni intellekt köməkçilərinin "WhatsApp"a sərbəst çıxışını təmin etmək və AK-nin antiminhisar araşdırması başa çatana qədər bu çıxışı saxlamaq barədə göstəriş verib", - deyə məlumatda bildirilir.
AK vurğulayıb ki, "Meta"ya qarşı aralıq icra tədbirindən (yəni rəsmi araşdırma başa çatmamış tənzimləyici tərəfindən qəbul edilən və icrası məcburi olan qərardan) istifadə edib:
"Belə ki, sürətlə dəyişən bazarlarda rəqabət mübarizəsi yekun qərar çıxarılmasından hələ çox əvvəl uduzula bilər", - bəyanatda deyilir.
Bakı 



