Koronavirusdan sonra bütün dünyanı təşvişə salan virus meymunçiçəyidir. Belə ki, meymunçiçəyi həm dəridə yaratdığı səpkilərə, həm də fəsadlarına görə insanları daha çox qorxudur. Bəs meymunçiçəyini keçirən insanlarda hansı fəsadlar qalır?
İnfeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a bildirib ki, meymunçiçəyi xəstəliyinin əsas spesifik əlaməti dəri üzərində dərin və geniş səpkilərin olmasıdır: “Bu, suçiçəyi səpkilərinə də oxşayır, lakin daha dərin və geniş olur. Suçiçəyində şəffaf maye, meymunçiçəyində isə bulanıq irincikli maye olur. Bu səpkilər dərin olduğu üçün sağaldıqdan sonra yerində çapıq qalır”.
M.Əliyev qeyd edib ki, bütün səpkilərdə yox, amma dərin səpkilərin yerində çapıq izləri qalır: “Suçiçəyində isə belə bir şey yoxdur, çapıq qalmır. Lakin çox nadir hallarda əgər ağır keçirsə, bir, ya da iki səpki yerində çox cuzi çapıq qala bilər. Müymunçiçəyində izə çapıqlar daha nəzərəçarpan və çox olur. Digər tərəfdən, əgər meymunçiçəyini ağır keçirmirsinizsə, sağaldıqdan sonra hər hansı fəsad qalmır”.
Aytac Aslan
















