• Bakı 21° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Meymunçiçəyində YENİ NARAHATLIQ: Virus insandan heyvana KEÇDİ

CƏMİYYƏT

15 Avqust 2022 | 17:48

Meymunçiçəyində YENİ NARAHATLIQ: Virus insandan heyvana KEÇDİ

Koronavirus pandemiyasından sonra insanlar üçün yeni bir narahatlığa çevrilən meymunçiçəyi bütün dünyada yayılmağa davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "fövqəladə" elan etdiyi xəstəliyə yoluxanların sayı dünya üzrə 30 mini keçib. Bu hadisələrin 5 mini keçən həftə qeydə alınsa da, ümumi ölüm sayı 12-yə yüksəlib.

Xəstəliklərin sayında artım davam edərkən xəstəliklə bağlı daha bir bəd xəbər yayılıb. Elm adamları ilk təsdiqlənmiş insandan ev heyvanına yoluxma halının Fransanın paytaxtı Parisdə qeydə alındığını açıqlayıblar.

İyunun əvvəlində ağrılı yaralar inkişaf etdirdikdən sonra meymunçiçəyi diaqnozu qoyulan dörd yaşlı erkək italyan tazı sahibinin yatağında yatdıqdan sonra xəstəliyə yoluxub. Sahiblərinin xəstəliyə tutulmasından 12 gün sonra əlamətlər göstərməyə başlayan it üzərində PCR testi aparılıb. Test nəticələrinə görə, itə ötürülən ştam sahiblərinə ötürülən ştamla 100 faiz uyğun gəlir.

Meymunçiçəyinin cinsi yolla ötürüldüyü məlumdur, lakin bu, yeganə ötürülmə yolu deyil. Məsələn, yoluxmuş bir insanın çarşaflarına toxunduqdan sonra virusa yoluxan tibb işçiləri var. Bu səbəbdən mütəxəssislər xəstəlik zamanı cinsi fəaliyyət olmasa belə, eyni yatağı paylaşmağın riskli bir fəaliyyət olduğunu bildirirlər. Meymunçiçəyinin endemik olduğu ölkələrdə gəmiricilərdə və vəhşi heyvanlarda virusa rast gəlmək mümkün olub. Bununla belə, pişik və it kimi ev heyvanlarında indiyədək heç bir infeksiya qeydə alınmayıb.

Alimlər risk qrupuna daxil olan insanlara ev heyvanları barədə xəbərdarlıq etməklə yanaşı, yoluxmuş heyvanların ən azı 3 həftə insanlardan təcrid olunmasının lazım olduğunu bildirirlər.

Aytac Aslan


SON XƏBƏRLƏR