• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Mikayıl Cabbarov və Peter Siyarto arasında görüş oldu

CƏMİYYƏT

24 Yanvar 2023 | 16:55

Mikayıl Cabbarov və Peter Siyarto arasında görüş oldu

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstan XİN başçısı "Facebook" hesabında məlumat verib.

"Avropa enerji böhranı ilə üz-üzədir, ona görə də yeni təbii qaz mənbələrinə ehtiyac var. Ortamüddətli perspektivdə ən real ssenari Azərbaycandan Avropaya ixrac olunan təbii qazın həcminin əhəmiyyətli dərəcədə artmasıdır. Bunun üçün regionumuzda infrastruktur inkişafı lazımdır və azərbaycanlılar daha çox istehsal etməlidirlər. Bu, Azərbaycanın iqtisadiyyat naziri ilə bugünkü görüşün əsas mövzusu olacaq", Siyarto bildirib.

Qeyd edək ki, görüş Mikayıl Cabbarovun Budapeştə səfəri çərçivəsində baş tutub.


SON XƏBƏRLƏR

18 Aprel 2024