• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mikki Maus ictimai mülkiyyətə çevriləcək

DÜNYA

20 Aprel 2024 | 14:31 | Müəllif: Gülşən Şərif

Mikki Maus ictimai mülkiyyətə çevriləcək

“Disney” cizgi filmlərinin qəhrəmanı Mikki Maus 2024-cü il yanvarın 1-də ictimai mülkiyyətə çevriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Times” yazıb.

Qeyd edilib ki, bütün rejissorlar, ssenaristlər və rəssamlar Mikki Maus obrazından pulsuz istifadə edə biləcəklər. Nəşrin yazdığına görə, söhbət ilk dəfə 1928-ci ildə çəkilmiş “Steamboat Willie” adlı səssiz qısametrajlı filmdə görünən personajın ağ-qara variantından gedir.

Disneyin təzyiqi altında Mikki Mausun mövcudluğu boyu bir neçə dəfə dəyişdirilmiş və hətta istehza ilə “Mikki Mausu qorumaq haqqında qanun” adlandırılan Amerika müəllif hüquqları qanununa görə, monopoliya 95 il saxlanıla bilər və bu müddət artıq bitmək üzrədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026