• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Minaya düşən “Azərişıq” əməkdaşının vəziyyəti stabildir

CƏMİYYƏT

23 Noyabr 2021 | 12:51 | Müəllif: Subhan Mahmudov

Minaya düşən “Azərişıq” əməkdaşının vəziyyəti stabildir

Noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan “Azərişıq” ASC əməkdaşı Əbilov Mahir Ramiz oğlunun vəziyyəti hazırda stabildir.

“Azərişıq” ASC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, hadisədən dərhal sonra Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olunub:

"Təəssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib", - məlumatda qeyd edilir.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektrik Şəbəkəsindən elektrik kimi ezam olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026