• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Misir və İsrail “Rəfah” keçid məntəqəsinin açılmasını müzakirə edir

DÜNYA

30 Noyabr 2024 | 17:56

Misir və İsrail “Rəfah” keçid məntəqəsinin açılmasını müzakirə edir

 Misir və İsrail “Rəfah” sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə bağlı danışıqlar aparır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Wall Srteet Journal” nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu keçid məntəqəsi Qəzza zolağına humanitar yardımın çatdırılmasında mühüm rol oynayır və hərbi əməliyyatların müvəqqəti dayandırılmasına zəmin yarada bilər.

Keçid məntəqəsi dekabrın əvvəlində açıla bilər. Misir rəsmiləri artıq İsraillə danışıqlar aparıblar və HƏMAS nümayəndələri bu gün Qahirəyə gələcəklər.

Plan Qəzza zolağında 60 gün müddətinə müvəqqəti atəşkəs əldə etməyi nəzərdə tutur. İsrail anklavda hərbi mövcudluğunu saxlayacaq, Fələstin tərəfinə nəzarət isə HƏMAS-dan Fələstin Muxtariyyətinə keçəcək. “Rəfah” keçid məntəqəsindən hər gün humanitar yardım daşıyan 200-ə qədər yük maşını keçə biləcək.

Bu arada İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS tamamilə məhv edilənə qədər odu Qəzzada hərbi əməliyyatları davam etdirəcək.(report)


SON XƏBƏRLƏR

18 Aprel 2025