• Bakı 8° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Moldovada hərbi təlimlərə start verildi

CƏMİYYƏT

05 Avqust 2024 | 12:43 | Müəllif: Əli Hüseynov

Moldovada hərbi təlimlərə start verildi

Bu gün Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə “Atəş Qalxanı - 2024” hərbi təlimləri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, təlimlərdə Moldova ordusunun arsenalında olan hərbi texnikadan və artilleriya sistemlərindən istifadə ediləcək.

Təlimlərə milli ordunun hərbi-texniki bölmələri və artilleriya sistemləri cəlb olunacaq. Məqsəd onların operativ əməliyyat imkanlarının inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət qabiliyyətinin yüksəldilməsidir.

Yaxın günlərdə hərbi texnikanın Moldova yolları ilə hərəkəti təşkil olunacaq. Bununla bağlı Müdafiə Nazirliyi əhalini sakit olmağa və rəsmi mənbələrdən məlumat almağa çağırıb.

“Atəş Qalxanı” təlimləri 2015-ci ildən başlayaraq hər il keçirilir və Moldova milli ordusunun hazırlıq planının bir hissəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026