• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Molokan bağı"na maşınla giriş bağlandı - FOTOLAR

CƏMİYYƏT

04 Mart 2024 | 14:37

"Molokan bağı"na maşınla giriş bağlandı - FOTOLAR

Bakının mərkəzində yerləşən Xaqani bağının ətrafı avtomobillər üçün bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bağın ətrafında avtomobillə dövrə vurmağa məhdudiyyət qoyulub.

Bildirilir ki, Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobillərin hərəkətinə dəyişiklik edilib. Xaqani bağının (keçmiş Molokan bağı - red.) ətrafı üç istiqamətdən avtomobillər üçün bağlanıb, əraziyə dibçəklər qoyulub.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu məsələ, bir neçə ildir, müzakirə olunurdu. Belə bir addımın atılması həm ərazidə sıxlığı aradan qaldıracaq, həm də insanların parkda və park ətrafında piyada şəkildə daha rahat hərəkət etməsinə imkan yaradacaq.

Maşınla Zərifə Əliyeva küçəsindən sağa dönənlər yalnız Fransa səfirçliyinin qarşısına gələ, oradan da sağa dönərək Üzeyir Hacıbəyli küçəsiylə Səməd Vurğun və Bülbül küçələrinə qayıtmaqla Neftçilər prospektinə və ya Zərifə Əliyeva küçələrinə çıxa biləcəklər. Xaqani parkının aşağı hissəsindəki mərtəbəli parkinq yerindən istifadəyə də icazə verilir.


"Molokan bağı"na maşınla giriş bağlandı - FOTOLAR"Molokan bağı"na maşınla giriş bağlandı - FOTOLAR"Molokan bağı"na maşınla giriş bağlandı - FOTOLAR"Molokan bağı"na maşınla giriş bağlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026