• Bakı 11° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Gürcüstan parlamentində DAVA - VİDEO

CƏMİYYƏT

03 Aprel 2024 | 14:34 | Müəllif: Qalib İbrahimoğlu

Gürcüstan parlamentində DAVA - VİDEO

Gürcüstan parlamentində deputatlar arasında davası düşüb.

Bakıvaxtı.az bu barədə Gürcüstan KİV-nə istinadən xəbər verir.

Məlumata görə, müxalifət partiyası olan “Vətəndaşlar”ın deputatı Aleko Elisaşvili bildirib ki, hakim “Gürcü arzusu” partiyasının “Xarici agentlər haqqında” qanun layihəsini yenidən parlamentə təqdim etməsi hamı üçün təhqirdir. O, həmin sənədi “Rusiya qanunu" adlandırıb.

Onun bəyanatı hakim partiyanın deputatlarının hiddətinə səbəb olub və söz mübahisəsi davaya çevrilib.

Parlamentin sədri Şalva Papuaşvili deputatlardan “Rusiya qanunu” sözünü işlətməməyi tələb edib.

Sonra spiker Aleko Elisaşvilini iclas zalından bayıra dəvət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026